Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanla ATƏT arasında rəqəmsal yayımla əlaqədar müzakirə aparılıb


Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmov və ATƏT-in Bakı Ofisinin rəhbəri səfir Koray Targay arasında görüş keçirilib. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, görüş zamanı Azərbaycan Respublikasında televiziya və radio yayımı ilə bağlı  qanunvericiliyin mövcud vəziyyəti, rəqəmsal yayıma keçidlə əlaqədar qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa Şura sədri qonağı maraqlandıran sualları da cavablandırıb.
 











SEYMUR 





20/02/12    Çap et