Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkətinin serverləri sıradan çıxdı


“AntiSec” haker qrupu “Apple” veb-saytlarında boşluq aşkar etdiklərini bildiriblər. Qrupa məşhur “Anonymous” , həmçinin artıq mövcud olmayan “Lulz Security” qrupundan ekspertlərin daxil olduğu bildirilir. “AntiSec” rəsmi səhifəsində sübut kimi “Apple” serverlərinin 26 inzibati istifadəçisinin loqin və şifrələrini dərc ediblər.
“AntiSec” qrupunun “Twitter“dəki xəbərinə əsasən, “Apple” serverlərinə giriş “Apple” şirkətinin proqram təminatında olan boşluq nəticəsində mümkün olub. “Apple” şirkəti hələlik bu hadisə ilə bağlı şərh verməyib.




04/07/11    Çap et