Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminin yeni loqotipini təqdim edib
“Microsoft” korporasiyası “Windows” əməliyyat sisteminin yeni loqotipini təqdim edib. Yeni loqotip “Metro” interfeysinin ideologiyasına uyğun olaraq hazırlanıb.
“Microsoft” korporasiyasında “User Experience for Windows”-un baş direktoru Sem Moro yeni loqotip ilə bağlı rəsmi bloqunda post yazıb.
Yeni loqotip “Microsoft” korporasiyasının marketoloq və dizaynerləri ilə görüşdən sonra “Pentagram” şirkəti tərəfindən hazırlanıb. Görüşün sonuna yaxın “Pentagram” şirkətinin dizaynerlərindən biri Paula Şer soruşub: "Windows – bu pəncərədir. Bəs nə üçün sizin loqotipiniz bayraqdır?" Bundan sonra yeni loqotipin məhz pəncərəyə bənzəməsi qərara alınıb.
EMİL
20/02/12 Çap et