Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” mobil reklamdan il ərzində 1,2 milyard dollar qazanacaq


Britaniyanın “Mobile Squared” analitik firmasının yeni tədqiqatına əsasən, dünyanın ən böyük sosial şəbəkəsi “Facebook” yaxın gələcəkdə mobil reklamdan il ərzində təxminən 1,2 milyard dollar qazana bilər.

Şirkət 1.2 milyard dollar həcmində gəliri ABŞ və Avropanın 5 ən böyük bazarında (Britaniya, Fransa, Almaniya, İtaliya və İspaniya) mobil reklam satışından əldə edəcək. Analitiklərin proqnozlarına əsasən, sosial şəbəkə il ərzində hər bir mobil istifadəçidən təxminən 6,50 dollar qazana bilər.

Bu göstərici isə adi internet istifadəçilərindən əldə olunan gəlirdən təxminən 2 dollar çoxdur. Məlumat üçün qeyd edim ki
, yuxarıda sadalanan bazarlarda “Facebook” istifadəçilərinin ümumi sayı hazırda təxminən 185 milyon insan təşkil edir.




 
EMİL


 





20/02/12    Çap et