Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Samsung” şirkəti parçalandı


“Samsung Electronics” şirkəti maye kristal (LCD) istehsalı üzrə bölməsini ayırdı. Artıq onu şirkətin filialı istehsal edəcək,- şirkətin xəbərində qeyd olunub.

Bu barədə keçən həftə məlum olub. Səbəb kimi LCD sektorunda böhran və məhsulu daha aşağı qiymətə təklif edən Çin istehsalçıları tərəfindən  rəqabətin artması göstərilib.

Hazırda “OLED” ekranlar portativ texnikada istifadə olunur, lakin istehsalçılar cari ilin sonuna kimi bu texnologiya üzrə hazırlanmış ekranlara malik televizor istehsalına başlaya bilərlər,- “Bloomberg” yazıb.

2011-ci ildə Cənubi Koreya şirkətinin maye kristal (MK) ekranlar istehsalı üzrə biznesi 750 milyard von (təxminən 666 milyon dollar) həcmində əməliyyat zərərinə məruz qalıb.Yeni “Samsung Display” şirkəti aprel ayının 1-i tarixindən fəaliyyətə  başlayacaq.




EMİL






20/02/12    Çap et