“www.mysim.az” internet səhifəsi vasitəsilə “Azercell Telekom” MMC-nin rəsmi dilerlərində satışda olan nömrələr üzrə axtarış xidməti artiq istifadəyə verilib. “İCTnews”elektron xəbər xidmətinin məlumatına görə, “Barama” İnnovasiya Mərkəzində reallaşan bu layihə barama iştirakçısı Zaur Rəhimovundur.
Layihənin əsas məqsədləri abonentlərə istənilən nömrənin axtarışında dəstək, müştəri məmnuniyyətinin artırılması, mobil operatorun xidmətlərinin, kampaniyalarının və “Azercell”in diler şəbəkəsinin reklamıdır.
Layihənin ilk mərhələsində birinci kateqoriyalı dilerlər iştirak edirlər. Növbəti mərhələdə ikinci və üçüncü kateqoriyalı dilerlər əlavə olunacaqlar. Üçüncü mərhələdə SMS vasitəsilə axtarış sistemini tətbiq etmək planlaşdırılır.