Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Fujitsu” şirkəti Avropanın smartfon bazarına çıxacaq
“Fujitsu” şirkəti ilk dəfə olaraq Avropada smartfon və planşet kompyuterlərini təqdim etməyi planlaşdırır.
“Fujitsu” şirkətinin “LTE“ dördüncü nəsil mobil rabitəsini, həmçinin “NFC” (Near Field Communication) texnologiyasını dəstəkləyən qurğuları elan etmək niyyətində olduğu bildirilib.
Smartfonların bəzi modelləri istifadəçini barmaq izi vasitəsi ilə eyniləşdirəcək biometrik təhlükəsizlik sisteminə malik olacaqlar.
Şirkət 3-5 il ərzində Avropa smartfon bazarının ən azı 10%-ni tutmağı planlaşdırır.
EMİL
20/02/12 Çap et