Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2012-ci ilin I rübündə planşet tədarükləri 30 faiz azalacaq


“Digitimes Research” nəşrinin proqnozuna əsasən, dünya istehsalçıları 2012-ci ildə 14,97 milyon planşet fərdi kompyuteri tədarük edəcəklər. Bu göstərici əvvəlki rüb ilə müqayisədə 30,6 faiz azdır, lakin 2011-ci ilin analoji dövrü ilə müqayisədə tədarüklər 77,6 faiz artacaq.

Ekspertlərin fikrincə, 2012-ci ilin birinci rübündə yuxarıda qeyd edilmiş tədarük həcminin (14.97 milyon) 11 milyonunu “Apple” şirkətinin planşetləri (“iPad 2” və “iPad 3”), 3.97 milyonunu isə digər istehsalçıların qurğuları təşkil edəcək. 3.97 milyon qurğunun 1,5 milyonunu isə “Kindle Fire” planşetləri, təxminən 300 min ədədini isə “Nook Tablet” planşetləri təşkil edəcək.

Bundan əlavə bildirilib ki, birinci rübdə tədarük ediləcək 13.3 faiz planşet “Texas Instruments” prosessorları ilə təchiz ediləcək, 26,3 faiz qurğu isə  “Google Android” əməliyyat sistemi ilə işləyəcək.
90,25 faiz  və ya 13,51 milyon ədəd planşet Tayvanın “ODM” istehsalçılar müəssisələrində istehsal ediləcək.


 
EMİL





20/02/12    Çap et