Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“ZTE” şirkəti 2 yeni smartfon hazırlayır
“ZTE” şirkəti “Mobile World Congress 2012” (27 fevral - 1 mart; Barselona, İspaniya) sərgisində “PF200” və “N910” smartfonlarını təqdim etməyi planlaşdırır.
Aparatlar monoblok tipli korpusda hazırlanıb. “Android 4.0 Ice Cream Sandwich” əməliyyat sistemi quraşdırılıb. Aparatlar “Wi-Fi”, “Bluetooth” simsiz əlaqə adapterləri, “GPS” peyk naviqasiya sistem qəbuledicisi ilə təchiz edilib.
1,5 QHz takt tezlikli prosessorla təchiz edilmiş “PF200” modeli 4,3 düym diaqonallı sensor ekrana malikdir; onun təsvir ölçüsü 540×960 nöqtə (qHD) təşkil edir. “NFC” mikroçipi, 1080p formatında yüksək dəqiqlikli videoçəkilişi dəstəkləyən ön kamera və 8 meqapikselli arxa kamera var. “LTE” dördüncü nəsil mobil şəbəkələri, həmçinin “UMTS” və “GSM” şəbəkələri dəstəklənir.
“N910” aparatı 1.2 QHz takt tezlikli prosessor ilə təchiz olunub. Sensor ekran “WVGA” (800×480 nöqtə) təsvir ölçüsünə malikdir; arxa kamera 5 meqapiksel matrislə təchiz edilib. “LTE” və “CDMA” şəbəkələrini dəstəkləyir.
“Gartner” analitik şirkətinin hesablamalarına görə, “ZTE” şirkəti dünyada beşinci mobil aparat istehsalçısıdır. 2011-ci ildə şirkət 56,9 milyon mobil telefon sataraq bazarın 3.2%-ni tutub.
EMİL
20/02/12 Çap et