Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq “USB” qurğu vasitəsi ilə “DNK” nümunəsini analiz etmək mümkün olacaq (VIDEO)


“Oxford Nanopore Technologies” şirkəti laboratoriyadan kənarda “DNK” nümunəsinin analizi üçün kiçik qurğu təqdim ediblər. “MinION” adlı qurğu satışa 2012-ci ilin sonunda 900 dollar qiymətinə çıxarılacaq.

Kompyuterə “USB” port vasitəsilə birləşdirilən analizatorların ilk əvvəl həkimlər tərəfindən tətbiq ediləcəyi gözlənilir. Onlar xəstə üzərində ilkin testləri ev şəraitində həyata keçirə bilərlər.
Aparat nəticələri real zaman rejimində kompyuterin ekranına çıxarır.





 
EMİL





21/02/12    Çap et