Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rusiyada elektron ticarət bazarının həcmi 244,6 milyard rubl təşkil edib


Rusiyada 2011-ci ildə elektron ticarət bazarının həcmi 244,6 milyard rubl təşkil edib. Beləliklə, 2010-cu il ilə müqayisədə artım 39%-ə bərabər olub. Bu barədə bazar ertəsi dərc edilmiş “InSales” şirkətinin tədqiqatında qeyd edilib.

İstifadəçilərin internetdən satın aldığı mallar arasında elektronika və məişət texnikası lider olaraq qalır. 2011-ci ildə istifadəçilər bu məhsullara 57,3 milyard rubl xərcləyiblər. İkinci yerdə kompyuter, noutbuk və komponentlər gəlir.

Rusiyada “Utkonos” (dövriyyəsi 6.4 milyard rubl) və geniş mallar çeşidi təklif edən “Ozon” (dövriyyəsi 4.6 milyard rubl) internet mağazaları lider olaraq qalırlar.
 






EMİL





21/02/12    Çap et