Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “iPhone” smartfonu payızda istehsal edilə bilər


“Apple” şirkəti 2012-ci ilin sentyabr-oktyabr ayları ərzində populyar “iPhone” smartfonunun altıncı nəslini təqdim edəcək. Bu barədə Yaponiyanın “Macotakara” bloquna istinadən “AppleInsider” saytı məlumat verib.

Məlumat üçün qeyd edim ki, hazırda çox populyar olan “iPhone 4S” smartfonu 2011-ci ilin oktyabr ayında çıxarılıb. Bu model sayəsində “Apple” şirkəti yeni rekorda imza atdı: rüb ərzində 37 milyondan çox aparat sataraq  smartfon istehsalçıları arasında lider oldu.

Beləliklə, əgər “Macotakara” bloqunun informasiyası doğrudursa, o zaman “Apple” şirkətinin smartfon buraxılışları arasındakı müddət təxminən 1 ilə bərabər olacaq. Bloq müəlliflərinin sözlərinə görə, yeni “iPhone” smartfonlarının buraxılış dövrləri arasında bu müddət (1 il) sonra da saxlanılacaq.



 
 
EMİL





21/02/12    Çap et