Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məşhur fotokamera istehsalçısının top-meneceri özünə qəsd edib


Yaponiyanın “Olympus” fotokamera istehsalçısının top menecerlərindən biri  49 yaşlı Sutomu Omori bu gün, fevralın 21-i tarixində Nyu-Dehli şəhəri yaxınlığındakı parkların birində ölü tapılıb.

“The Times of India” qəzetinin məlumatına görə, Omori özünə qəsd edib. Məlumat üçün bildirim ki, o, Yaponiyada “Olympus” işi üzrə çox böyük təzyiq və məhkəmə təqibi təhlükəsi altında idi.

“Olympus” şirkətində Omori tibbi avadanlıq istehsalı ilə məşğul olan bölmənin rəhbəri idi. Hindistan mətbuatı qeyd edib ki, “Olympus” şirkətinin  top-meneceri özünü parkdakı divarların birindən asıb.

Polisin məlumatına əsasən, Omorinin cibindən onun əli ilə yapon dilində yazılmış 2 məktub tapılıb. Birinci məktub ailəsinə ünvanlanıb və şəxsi məzmuna malikdir. İkinci məktubda isə bildirilib ki, sizə xoşagəlməz hallar yaşatdığıma görə təəssüf edirəm.Sitomu Omorinin intiharı haqqında əlavə təfərrüatlar bildirilməyib.

 
EMİL





21/02/12    Çap et