Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Samsung” şirkəti “Galaxy” seriyasından 2 smartfon təqdim edib
Samsung şirkəti “Galaxy Ace 2” və “Galaxy Mini 2” smartfonlarını təqdim edib. Hər 2 model sələflərindən yeni prosessor, ekran və kamera ilə fərqlənir. Qurğulara “Android 2.3” əməliyyat sistemi quraşdırılıb.
“Galaxy Ace 2” smartfonu 800 MHz takt tezlikli ikinüvəli prosessorla təchiz edilib. Smartfon 3,8 düymlü 480×800 təsvir ölçülü ekrana malikdir.
“Galaxy Ace 2” smartfonu 5 meqapikselli kameraya malikdir. “HD” formatında video çəkmək mümkündür. Aparat 768 MB əməli yaddaş və 4 QB daxili yaddaş, həmçinin “microSD” slotu ilə təchiz edilib. Qurğunun ölçüləri 118×62×10,5 mm, çəkisi 122 qr təşkil edir.
“Galaxy Mini 2” smartfonu isə 800 MHz takt tezlikli birnüvəli prosessorla təchiz edilib. Əvvəlki modellə müqayisədə ekranın diaqonalı azacıq artaraq 3,27 düym təşkil edir. Təsvir ölçüsü, həmçinin artaraq 320×480 nöqtəyə bərabərdir. Əvvəlki kimi 3 meqapikselli kamera ilə təchiz olunub. Əməli yaddaş qurğusunun tutumu isə 2 dəfə artaraq 512 MB olub.
Satışda “NFC” çipi ilə və onsuz “Galaxy Mini 2” versiyaları olacaq. Smartfonun ölçüləri 109×59×11,9 mm, çəkisi isə 107 qr təşkil edir.
EMİL
21/02/12 Çap et