Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Dünyada “Tegra 2” və “Icera” çipləri ilə təchiz edilmiş ilk smartfon
Çinin "ZTE" şirkəti "Mimosa X" flaqman smartfonunu elan edib. Smartfonun təqdimatı Barselonada keçiriləcək "Mobile World Congress 2012" (MWC) sərgisində olacaq.
Qurğu dünyada "NVIDIA Tegra 2" və "Icera" çipləri ilə təchiz edilmiş ilk smartfon olub. "NVIDIA Tegra 2" çipi qrafikanın təsvirinə, filmlərin oxudulması üçün, ikinci çip isə "HSPA+" modeminin işi üçün məsuliyyət daşıyır.
"Mimosa X" smartfonu cari ilin II rübündə çıxarılacaq. "ZTE" şirkəti modelin qiymətini dəqiqləşdirməyib.
Smartfon 4,3 düymlü 960×540 piksel təsvir ölçülü ekran, 5 meqapikselli kamera, "GPS", "Wi-Fi" və "Bluetooth" modulları, akselerometr, 4 QB daxili yaddaş və "microSD" slotu ilə təchiz olunub. "A2DP", "Dolby" və "DLNA" audioprofilləri dəstəklənir. "Android 4.0" əməliyyat sistemi ilə işləyir.
EMİL
21/02/12 Çap et