Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Azərpoçt” MMC Gəncədə bankomat quracaq
“Azərpoçt” MMC öz müştərilərinə POS-terminallar və bankomatlar vasitəsilə xidmət göstərir. Bankomatlar Bakı şəhərində, post terminal isə Lerik rayonunun Çayrud kəndində istifadəyə verilib. Müəssisə yaxın günlərdə Gəncədə də yeni bankomat istifadəyə verməyi planlaşdırır.
Bu barədə ICTnews elektron xəbər xidmətinə “Azərpoçt” MMC-dən verilən məlumatda bildirilir. Məlumatda qeyd olunur ki, hazırda bankomatın dislokasiya yeri müəyyənləşdirilir və yaxın günlərdə məsələ öz həllinin tapacaq.
Qeyd edək ki, yaxın günlərdə digər bölgələrdə də uyğun işlər həyata keçiriləcək.
RƏVAN
21/02/12 Çap et