Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Windows Vista” və “Windows 7” əməliyyat sisteminin dəstəklənmə müddəti artırılıb
Amerikanın “Microsoft” korporasiyası “Windows 7” və “Windows Vista” əməliyyat sistemlərinin texniki dəstəklənmə müddətinin artırılması haqqında məlumat verib.
Əvvəlcə “Windows Vista” əməliyyat sisteminin istehlak versiyalarını (Home Basic, Home Premium, Starter və Ultimate) 2012-ci il 10 aprel tarixinə kimi dəstəkləmək planlaşdırılırdı. İndi isə texniki dəstək müddəti 2017-ci ilə kimi artırılıb.
“Windows 7” əməliyyat sisteminin texniki dəstəklənmə müddəti isə 2020-ci il yanvar ayının 14-ü tarixinə qədər artırılıb. Beləliklə, “Windows Vista” və “Windows 7” əməliyyat sisteminin texniki dəstəklənməsinin ümumi müddəti 10 il təşkil edəcək; məhz bu müddət ərzində korporativ istifadəçilər yeniləmə, düzəldilmə paketləri yükləyə biləcəklər.
EMİL
21/02/12 Çap et