Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Elektron ödəniş sistemləri inkişaf etdirilir
«Ötən il ərzində ödəniş sistemlərinin sabit fəaliyyəti və inkişafı da Mərkəzi Bankın fəaliyyətinin başlıca prioritetlərindən biri olub. Məqsədyönlü islahatlar nəticəsində elektron ödəniş sistemləri inkişaf etdirilir».
"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov söyləyib.
Bu gün MB-nin İdarə Heyətinin 2011-ci ilin yekunlarına həsr olunmuş geniş iclası keçirilib. Mərkəzi Bankın struktur bölmələrinin və regional ərazi idarələrinin rəhbərlərinin iştirak etdiyi iclasda E.Rüstəmov bildirib ki, qabaqcıl standartlara uyğun nağd pulun yeni idarəetmə sistemi formalaşdırılır, xəzinə infrastrukturları optimallaşdırılır.
SEYMUR
21/02/12 Çap et