Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” şirkəti internet-mağazasını yeniləyəcək


“Apple” şirkəti cari ildə rəqəmli məzmun satışı üzrə populyar “iTunes Store” internet mağazasını yeniləyəcək.  “9to5mac” saytının məlumatına görə, “Apple” şirkəti xidmətin interfeysini sadələşdirməyə hazırlaşır.

“iTunes Store” internet mağazasının dizaynı sonuncu dəfə 2009-cu ildə dəyişirilib.
“iTunes Store” xidməti 2003-cü ildə mahnıların satışı üzrə internet-mağaza kimi istifadəyə verilib.

Sonra ora filmlər də əlavə edilib. 2008-ci ildə xidmət çərçivəsində “App Store” bölməsi istifadəyə verilib. Bu bölmə vasitəsi ilə “Apple” şirkəti öz portativ qurğuları üçün proqram təminatı yaymağa başladı. Bundan əlavə, “iTunes Store” mağazasında elektron kitablar satılır.

Məlumat üçün bildirim ki, internet mağazasının yaradılması anından istifadəçilər ordan 16 milyarddan çox mahnı yükləyiblər. Bu halda istifadəçilər 4 ildən az bir müddətdə “App Store” bölməsindən artıq 24 milyarddan çox əlavə yükləyiblər.





EMİL





21/02/12    Çap et