Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
2014-cü ilədək “LED” ekranlarının payı 26%-ə qədər artacaq
“İCTnews” elektron xəbər xidməti “onliner.by” resursuna istinadən xəbər verir ki, “DigiTimes” nəşrinin hesabatına əsasən, ekran bazarında “LED”-in payı 2014-cü ilədək 25,8%-ə qədər artacaq.
Nəşrin məlumatına görə, “LED” ekranlarının populyarlığının artmasının səbəbi iri elektronika istehsalçılarının daha müasir və perspektivli texnologiyalardan istifadə etmək, həmçinin ətraf mühitin çirklənməsi səviyyəsini azaltmaq istəyidir.
“DigiTimes” mütəxəssislərinin fikrincə, “LED” ekranlarının yuxarıda qeyd edilmiş bazar payının əldə edilməsində Yaponiya dövləti böyük rol oynayacaq. Ölkə 2011-ci ildə baş vermiş zəlzələ və sunamilərdən əhəmiyyətli dərəcədə zərər çəkib, buna görə az enerji işlədən texnologiyalardan istifadə üçün yollar axtarır.
EMİL
22/02/12 Çap et