Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Microsoft” “Windows” ticarət brendindən istifadəni qadağan edib
“İCTnews” elektron xəbər xidməti “dailycomm.ru” resursuna istinadən xəbər verir ki, 21 fevral tarixində Moskvanın Arbitraj Məhkəməsi “Microsoft” korporasiyasının Dmitri Şapovalova (“windows.ru” domen adının hüququna malik olan sahibkar) qarşı verilmiş iddiasının müzakirəsinə baxacaq. Proqram nəhəngi “Windows” ticarət brendindən istifadəni qadağan etməyi tələb edib.
Məhkəmə iclasının gedişatında Şapovalovun nümayəndəsi bildirib ki, cavabdeh “Microsoft” korporasiyasından 2 məktubdan başqa heç nə almayıb. "Baş verənlərin mahiyyətini tamamilə anlamırıq" - hüquqşünas bildirib və əlavə edib ki, dinləmələr haqqında cavabdeh təsadüfən bilib.
Moskvadan olan iş adamı Dmitri Şapovalov “windows.ru” domenini 1998-ci ildə satın alıb. Həmin dövrdə Dmitri plastik pəncərələr hazırlamaqla məşğul olurdu və domendən korporativ saytın rəsmi adı kimi istifadə edib. 2007-ci ildə isə Dmitri öz biznesini satıb və domen ünvanını isə yönləndirib: hazırda ziyarətçi “windows.ru” saytına daxil olduqda avtomatik olaraq "pəncərə" termininin təsviri olan "Vikipediya" səhifəsinə yönləndirilir.
EMİL
22/02/12 Çap et