Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gəncə şəhər İcra Hakimiyyəti “Rabitə evi”nin tikintisi üçün yer ayırıb


Gəncədə yeni “Rabitə evi”nin tikintisi üçün bütün smeta sənədləri hazırdır.Gəncə Regional Poçt Filialından “İCTnews” elektron xəbər xidmətinə verilən məlumatda bildirilir ki, bunun üçün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq yer də ayrılıb.

“Rabitə evi”ndən başqa iki modern poçt şöbəsi binasının da tikilməsi planlaşdırılır. Yeni binanın istifadəyə verilməsi ilə icarəyə götürülən binalarda fəaliyyət göstərən poçt binaları daha modern xidmətlərlə fəaliyyətini davam etdirəcəklər.

Qeyd edək ki, “Rabitə evi”nin inzibati binası 2 mərtəbəli olacaq və bütün standartlara cavab verəcək. Xüsusi əməliyyat zalında binada bütün poçt və  bank əməliyyatları aparılacaq.
 





22/02/12    Çap et