Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft”, “Nokia” və “Philips” biotexnologiyaların inkişafına kömək etməyə hazırdı


"Skolkovo" Fondu İnnovasiya Mərkəzinə verilən mini-qrantların həcminin 1,5 milyon rubldan 5 milyonadək (131 500 AZN) artırılmasına dair qərar qəbul edib. "www.lenta.ru" saytı bu haqda Fondun investisiya xidmətinin rəhbəri Aleksandr Lupaçevə istinadən bildirib.
 
A.Lupaçevin sözlərinə görə, Fondun bu qərarına səbəb biotexnologiyalar və tibb üzrə layihələrin aktivləşməsi olub. Bir qayda olaraq, bu sahələrə dair həyata keçirilən layihələr daha kapitaltutumludur.
 
Qeyd edək ki, Rusiya Prezidenti Dmitri Medvedev 2010-cu ildə Rusiyada ABŞ Silikon vadisinin analoqunun – "Skolkovo" Tədqiqatlar Mərkəzinin yaradılması haqqında sərəncam imzalamışdır. Elm şəhərinin ümumi sahəsi 400 ha-dır. İnnovasiya şəhərinin elmi rəhbərləri isə Nobel laureatları – Jores Alfyorov və Rocer Devid Kornberq seçilmişdir. "Microsoft", "Nokia" və "Philips" kimi bir sıra iri şirkətlər "Skolkovo"da iştirak üçün hazır olduqlarını bəyan etmişlər.
 
Cari ildə "Skolkovo"ya 40 milyard rublun ayrılması nəzərdə tutulub ki, bunun da 10 milyardı qrantlara ayrılacaq.
 





22/02/12    Çap et