Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Birliyi superkompyuterlərə yatırılacaq investisiyaları ikiqat artırıb


"İCTnews" elektron xəbər xidməti "cybersecurity.ru" resursuna istinadən xəbər verir ki, hazırda Avropa qitəsini əhatə edən iqtisadi problemlərə baxmayaraq, Brüssel ABŞ və Çin dövlətlərindən geri qalmamağa qərar verib.

Məlumat üçün bildirim ki, ABŞ və Çin dövlətləri planetdə ən güclü superkompyuter adı uğrunda mübarizə aparırlar. Avropa Komissiyası yeni nəsil superkompyuterlərinin hazırlanmasına qoyulacaq investisiyaları ikiqat artırmaq haqqında bəyan edib.


Avropa Birliyi ilk əvvəl yeni nəsil superkompyuterlərin hazırlanmasına 630 milyon avro ayırmışdı. Hazırda isə bu məbləğ 2 dəfə artırılıb.

Bundan əlavə, qeyd etmək lazımdır ki, Avropanın superkompyuterlərə investisiya yatırması strategiyası Amerika ilə səsləşir. Keçən həftə ABŞ-ın "Ağ Ev"i 2013 maliyyə ilinin büdcəsini dərc edib. 2013-cü ilin büdcəsində xərclər azaldılıb, lakin superkompyuter üçün nəzərdə tutulmuş xərclər azaldılmayıb.
 
EMİL
 





22/02/12    Çap et