Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İçəri şəhərə virtual tur


“İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi İçəri Şəhərin təbliğinə və populyarlaşdırılmasına kömək edəcək yeni “Virtual İçəri Şəhər” turunu istifadəyə verib.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, Qoruq İdarəsinin saytında (www.icherisheher.gov.az) yerləşdirilmiş və İçəri Şəhərin gecə və gündüz görüntülərindən ibarət bu xidmətin köməyi ilə ziyarətçilər bir müddətlik İçəri Şəhərə virtual səyahət edərək özlərini burada hiss edəcəklər. 360◦-lik panorama və bir-birinə keçid imkanı olan şəkillərdən ibarət tur İçəri Şəhərdə fasiləsiz virtual gəzinti təəssüratı yaradır.

Bu xidmət turistlər, xaricdə yaşayan və bu qədim məkanı əyani ziyarət edə bilməyən şəxslərlərlə yanaşı ölkəmizin vətəndaşları üçün də maraqlı olacaqdır.

 Əsas turist marşrutlarını və abidələri əhatə edən “Virtual İçəri Şəhər” turu İçəri Şəhərdə turizmin inkişafına, burada yerləşən tarix və mədəniyyət abidələrinin ölkəmizdə və dünyada təbliğinə xidmət edəcəkdir.

CAHANGİR





22/02/12    Çap et