Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

DQMK-nin saytında təkmilləşdirmə işləri aparılacaq


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, bu il ərzində komissiyanın internet saytının rus dili variantı hazırlanacaq. Hazırda saytın Azərbaycan dili ilə yanaşı, ingilis dili variantı fəaliyyət göstərir.

Bundan əlavə, komissiyanın internet domeni əsasında yeni subdomenlərin yaradılması və “eXidmet.csc.gov.az” – Elektron xidmətlər portalının və “eLearning.csc.gov.az” – Dövlət qulluğu üzrə müxtəlif təlimlər üçün distant təhsil bölməsinin təkmilləşdirilməsi nəzərdə tutulub.





CAHANGİR





23/02/12    Çap et