Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

23 rayonun elektron taxeometr və CPS alətləri ilə elektron kadastr xəritələri hazırlanacaq


2011-ci ildə Dövlət Yerquruluşu Layihə İnstitutu tərəfindən respublikanın 23 rayonunun 137 inzibati ərazi vahidi üzrə elektron taxeometr və CPS alətləri ilə elektron kadastr xəritələrinin hazırlanması üçün planaalma işləri aparılıb.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu fikirlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində 2011-ci ilin yekunlarına həsr olunmuş geniş kollegiya iclasında səsləndirilib.

İclasda komitə sədri Qərib Məmmədov bildirib ki, DTXK-nin Bakı Kartoqrafiya Fabriki tərəfindən hesabat ilində Azərbaycan Respublikasının Kompleks Atlası, Bakı şəhərinin 1:10000 miqyaslı Turist Atlası, Azərbaycan Respublikasının Ekoloji Atlası (Azərbaycan və ingilis dillərində), Azərbaycan Respublikasının Milli Ensiklopediyası ilə bağlı xəritələrin tərtibatı, Zərdab, Biləsuvar, Ağcabədi, Beyləqan, Astara, Lənkəran, Masallı və Cəlilabad rayonlarının 1:100000 miqyasında ümumcoğrafi xəritələrinin tərtibatı və çapı işləri yerinə yetirilib, 1:2000 miqyasında 508 nomenklatura, 1:5000 miqyasında 83 nomenklatura və 1:10000 miqyasında 84 nomenklatura olmaqla, cəmi 675 nomenklatura topoxəritələr nəşr edilmiş, 1:1000 miqyaslı ortofoto xəritələrinin və 1:5000 miqyaslı xəritələrin hazırlanması üçün nəzərdə tutulmuş aerofotoçəkiliş, ortofoto xəritələrinin peyk geodeziya çəkilişi və emalı işləri, habelə ölkə ərazisində qurulması nəzərdə tutulan daimi fəaliyyət göstərən peyk şəbəkəsinin 37 qəbuledici stansiyalarının tikintisi işləri həyata keçirilib.

SEYMUR
 





23/02/12    Çap et