Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Ultel» MMC-nin abunəçiləri telefon rabitə haqlarını onlayn rejimində ödəyə bilərlər


«AzeriCard» və «Ultel» birgə əməkdaşlığını başlayıb. Bu barədə “AzeriCard”dan “İCTnews” elektron xəbər xidmətinə məlumat verilib. Məlumatda bildirilib ki, indi «Ultel»in abunəçiləri istənilən zaman internet və telefon rabitə haqlarını onlayn rejimində ödəyə bilərlər.

Ödəmə “VİSA”, “VİSA Electron”, “MasterCard” və “Maestro plastic” kartları vasitəsi ilə “www.ultel.az, www.azericard.com” və s. internet saytlarında aparılır.

Sözügedən xidmət internetdə elektron bank kartlarından ən təhlükəsiz istifadə imkanı verən “3D Secure” sistemi əsasında mümkün olub.
Qeyd edək ki, “Ulduz Telekom” Bakının müəyyən ərazilərində abunəçilərə telefon və multimedia xidmətləri təqdim edir.



RƏVAN





23/02/12    Çap et