Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni robot itmiş əşyanı tapa bilir


“İCTnews” elektron xəbər xidməti “digit.ru” resursuna istinadən xəbər verir ki, Yaponiyada səsli komandaları başa düşən və evdə itən əşyanı tapa bilən “Hitachi EMIEW-2” insanabənzər robotun yeni modifikasiyası nümayiş olunub. 

İlk modeli 2005-ci ildə yaradılan “EMIEW-2” robotu piyada sürəti ilə hərəkət edir, künc və maneələri keçə bilir və bu da onu sərgi və ticarət zallarında bələdçi kimi, eləcə də ahılları müşayiət etmək üçün əvəzedilməz edir.

Yeni model səsli komandanı onun yaddaşında olan vizual məlumat bazası ilə tutuşdurmağı və mənzilin tavanında quraşdırılan videokamera vasitəsilə itən əşyanı tapmağı bacarır.

Bu funksiya ilk növbədə “EMIEW-2”-nin qocalar evində və ya ahıl şəxslərin mənzilində köməkçi qismində işləməsi üçün nəzərdə tutulub. Tənha ahıl insanlar üçün istifadəyə məqsədəuyğun hesab edilən və xəstə baxıcısı və köməkçisi kimi özünə yer tapmış robotlar artıq Yaponiyanın sosial təminat bazarında yer tutmağa başlayıb. Ötən ilin noyabrında keçirilən robotlar sərgisində bu mövzu ən çox müzakirə edilən olub.
 
EMİL





23/02/12    Çap et