Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İran hakerləri AzTV-nin saytına hücum edib
Dünən fevralın 22-dən 23-nə keçən gecə İran hakerləri tərəfindən Azərbaycan Dovlət Televiziya ve Radio Qapalı Səhmdar Cəmiyyətinin (AzTV)-nin rəsmi saytına hücum edilib. Saytı dağıtmağa cəhd göstərən hakerlər saytın səhifəsinə ingilis dilində "Həyat oyundur.Oyun bitdi!" cümləsini yazmış, " İranian Cyber Army" deyə imzalarını atmışlar.
Hücumun qarşısı dərhal alınıb, hal-hazırda saytın işi bərpa edilib.
GÜLNAR
23/02/12 Çap et