Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Twitter” xidmətində daxili tərcüməçi yaradılacaq


"İCTnews" elektron xəbər xidməti "lenta.ru" resursuna istinadən xəbər verir ki, "Twitter" mikrobloqlar xidməti istifadəçi tvitlərinin tərcümə edilməsi funksiyasını sınaqdan keçirir. Bu barədə "Mashable" internet-nəşri xəbər verib.

Keçən həftə bəzi istifadəçilər tvitlərin tərcümə edilməsi imkanına malik olub,- "Twitter" nümayəndələri internet-nəşrə bildiriblər. Funksiyanın hamı üçün açıq olacağı vaxt haqqında məlumat verilməyib.
Həmçinin, tərcümənin hansı dillərdən və hansı dillərə edilməsi də bilinmir.

Tərcümə "Microsoft" korporasiyasının hazırlaması "Bing Translator" texnologiyası vasitəsi ilə həyata keçirilir.


 
 
EMİL
 





23/02/12    Çap et