Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Lisenziyalı poçt şöbələrinin sayı artır
Mərkəzi Bank 700 poçt şöbəsinə bank və maliyyə xidmətləri göstərmək üçün lisenziya verib. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə məlumat verən “Azərpoçt”MMC-nin informasiya texnologiyaları şöbəsinin rəisi Elman Vəliyev bildirib ki, bu poçt şöbələrində vətəndaşlara lisenziya depozit qəbulu və kredit verilməsindən başqa bütün bank xidmətləri təqdim olunur.”
Poçt şöbələrində valyuta mübadiləsi məntəqəsinə böyük maraq var. Xidmət sahəsi olduğundan burada digər xidmətlər də təklif olunur”- deyən E.Vəliyev vətəndaşların bu xidmətlərdən razı qaldıqlarını bildirib.
Qeyd edək ki, “Azərpoçt”MMC-nin 1550-dən çox poçt şöbəsi var. Bank və maliyyə xidmətləri şəbəkəsini genişləndirməyi qarşıya hədəf qoyan müəssiə bu layihəni həyata keçirməklə istənilən bankla rəqabət aparmaq və onu üstələməyi qarşıya məqsəd qoyub.
RƏVAN
23/02/12 Çap et