Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa Komissiyası Avropa Ədliyyə Məhkəməsindən “ACTA” sazişini qiymətləndirməyi xahiş edib


“İCTnews” elektron xəbər xidməti “digit.ru” resursuna istinadən xəbər verir ki, Avropa Komissiyası Avropa Ədliyyə Məhkəməsindən piratçılıqla mübarizə üçün nəzərdə tutulmuş “ACTA” sazişini qiymətləndirməyi xahiş edib, çərşənbə günü ticarət üzrə Avropa komissarı Karel de Güxt bildirib.

“ACTA” sazişinin Avropa Birliyində qüvvəyə minməsi üçün onu Avropa Parlamenti və imzalamış dövlətlər təsdiq etməlidirlər. Bundan sonra sazişi Avropa Birliyi Şurası təsdiq edəcək.

2012-ci il yanvar ayının sonunda Avropa Şurasının 22 üzvü tərəfindən imzalanmış “ACTA” (Anti-Counterfeiting Trade Agreement) ticarət sazişi  internet və informasiya texnologiyaları bazarında müəllif hüququna əməl olunmasına ciddi şəkildə nəzarət etməyi güman edir.

Bununla belə, Polşa, Çexiya, Slovakiya və Almaniya dövlətləri sazişi ratifikasiya etməyi təxirə salıblar. Buna səbəb həmin dövlətlərdə vətəndaş etirazlarının başlanması, həmçinin dövlət saytlarına haker hücumlarının edilməsi olub.

11 fevral tarixində bu müqaviləyə qarşı Almaniya, Avstriya, Finlandiya, Fransa, Slovakiya və Bolqarıstan dövlətlərində etiraz aksiyaları keçirilib. “ACTA” sazişinə qarşı olanlar bildirirlər ki, proqram qloballaşma prosesinin tərkib hissələrindən biridir.

 
EMİL
 





23/02/12    Çap et