Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Əşyaların İnterneti”


Ekspress-informasiyanın növbəti sayı işıq üzü görüb.   Ekspress-informasiyanın budəfəki sayı "Əşyaların İnterneti" mövzusuna həsr olunub. Nəşrin müəllifləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev, institutun böyük elmi işçisi Rasim Mahmudov, elmi redaktoru isə texnika elmləri üzrə fəlsəfə doktoru Vüqar Musayevdir.
 
Kitabçada Əşyaların İnternetinin mahiyyəti, texnoloji əsasları, əhatə dairəsi, tətbiq sahələri, perspektiv və problemləri araşdırılır. Əşyaların İnterneti konsepsiyasının meydana gəlməsi zərurəti və tarixi, beynəlxalq təşkilatların və aparıcı dövlətlərin bu konsepsiyanın reallaşdırılması ilə bağlı həyata keçirdikləri tədbirlər tədqiq olunur.

Əşyaların İnternetinin texnoloji əsasını təşkil edən RFID-texnologiyaların xüsusiyyətləri, ştrix-kodlarla müqayisədə üstünlükləri analiz edilir. Ayrı-ayrı sahələrdə Əşyaların İnternetinin tətbiqinin sosial-iqtisadi üstünlükləri göstərilir. Bu konsepsiyanın uğurla həyata keçirilməsi üçün həll edilməli olan problemlər, o cümlədən standartlaşdırma, ünvanlaşdırma və təhlükəsizlik məsələləri şərh olunur.
 





24/02/12    Çap et