Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İnşa müsabiqəsinə start verilib


Hər il olduğu kimi, bu il də Ümumdünya Poçt İttifaqı bütün poçt müdiriyyətlərinə məktəblilər arasında epistolyar inşa müsabiqəsinin keçirilməsini və ölkənin Təhsil Nazirliyi ilə birgə təşkil olunmasını tövsiyə edərək keçiriləcək müsabiqəyə mövzu təqdim edib.

"Azərpoçt" MMC-dən "İCTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, həmin mövzu üzrə qalib elan edilən inşa yazısı Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə (Bern şəhərinə) göndəriləcəkdir.

Ümumdünya Poçt İttifaqının beynəlxalq nüfuzlu təşkilat olduğunu nəzərə alaraq Azərbaycan məktəblilərinin onların təklif etdiyi müsabiqədə yaxından iştirak etmələri dövlətimiz üçün əhəmiyyətli xarakter daşıyır.

Bununla əlaqədar olaraq 3 (üç) mövzu ilə 42-ci epistolyar inşa müsabiqəsinə start verilərək birinci mövzu Ümumdünya Poçt İttifaqı, ikinci mövzu "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti və üçüncü mövzu isə Təhsil Nazirliyi  tərəfindən təklif edilib.

Müsabiqənin mövzuları aşağıdakı kimidir:

1.Heyranı olduğun idmançıya və ya idman xadiminə məktub yaz və ona söylə  ki, Olimpiya oyunları sənin üçün nə dərəcədə  əhəmiyyət daşıyır.  (15 yaşa qədər olan məktəblilər)

2. M.F.Axundovun yaradıcılığında vətənpərvərliyin, maarifçiliyin və azad düşüncə  tərzinin  tərənnümü.  (Dahi mütəfəkkirin anadan olmasının 200 illiyinə həsr  olunmuşdur.)

3. Meşələr planetimizin "ağciyər"idir, meşələri qoruyun!

Qaliblər üçün təyin edilmiş pul mükafatları:

1-ci yer 3 nəfər - hər biri 100 manat                               (hər bir mövzu üzrə 1 nəfər)
2-ci yer 6 nəfər - hər biri  80 manat                                (hər bir mövzu üzrə 2 nəfər)
3-cü yer  9 nəfər - hər biri 60 manat                               (hər bir mövzu üzrə 3 nəfər)
Həvəsləndirici  12 nəfər - hər biri 40 manat                  (hər bir mövzu üzrə 4 nəfər)
 
MMC-nin tabeliyində olan Poçt filiallarına müraciət olunaraq, tabeliklərində olan poçt şöbələrinin xidmət ərazisində, məktəblərdə pedaqoji heyət və məktəblilər arasında təbliğat işlərinin genişləndirilməsi, inşa yazılarının sayının artırılması məqsədilə  müsabiqənin mövzuları, şərtləri barədə ətraflı məlumatların verilməsinin  təmin olunması  və inşa yazılarının artırılmasına səy göstərilməsi onlara tapşırılıb. M

üsabiqə başlanandan bu günə qədər MMC-yə 24000 inşa yazısı daxil olub. Müsabiqəyə təqdim edilən inşa yazıları 01.03.2012-ci il tarixinə qədər göndərilməlidir. Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 500-dən 800 sözədək olmalıdır.

Ümidvarıq ki, bu müsabiqədə Azərbaycan məktəblisi Ümumdünya Poçt İttifaqının nəzərdə tutduğu ali mükafatlardan (qızıl, gümüş və bürünc medallar) birinə layiq görüləcəkdir.
 





24/02/12    Çap et