Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bakıda intellektual işıqforlar qurulacaq
Nəqliyyat Nazirliyi Bakıda Nəqliyyatın intellektual idarəetmə sisteminin birinci mərhələsinin bitməsi ilə yeni mərhələnin başlanğıcını qoyacaq. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov danışıb.
Onun sözlərinə görə, hazırda şəhərdə qurulan Fransa istehsalı olan müasir işıqforlar daha cəlbedici və estetik tələblərə cavab versə də, onların rəqəmli işıqforlarla əvəz edilməsi intellektual sistemin ikinci fazası çərçivəsində nəzərdən keçiriləcək.
Sistemə müvafiq olaraq, Bakıda 150 yolayrıcı üzərində nəzarət həyata keçirilməlidir və bu prosesdə işıqforlar böyük əhəmiyyət kəsb edir. İndi fəaliyyət göstərən işıqforların nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqini təmin etməyə nə qədər imkan verdiyi və onları yeniləri ilə əvəz etmək ehtiyacının olub-olmaması müəyyənləşdiriləcək.
Qeyd edək ki, intellektual idarəetmə sisteminin tərkib hissəsi olaraq şəhərdə elektron tablolar da qurulub ki, bu da şürücülərə yollar haqqında ətraflı məlumat verilməsinə hesablanıb.
24/02/12 Çap et