Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"iPhone" "iPad"a rəqib çıxdı


ABŞ-ın "Apple" korporasiyasının istehsalı olan "iPhone 4S" smartfonunun satışları çox yüksək səviyyədə olsa da, şirkət mənsubları buna sevinmirlər. Çünki smartfonun satışlarının yüksəlməsi "Apple"-ın digər məhsulu - "iPad" planşet kompyuterlərinin satışlarına mənfi təsir edib.

"IHS" analitik şirkətinin son hesabatında bildirilir ki, "Apple" korporasiyası "iPhone 4S" smartfonunu satışa çıxarmasaydı, "iPad"ın satışları yüksək səviyyədə qalacaqdı.

Dünya planşet kompyuterləri bazarında "iPad"ın payı 64 faizdən 57 faizə düşüb.
Bununla belə, ekspertlərin fikrincə, "Apple" şirkəti "iPad"ın yeni modelini satışa çıxarmaqla rəqiblərinə çox ağır zərbə vuracaq.
"iPad3"-də "Siri" sisteminin də olacağı gözlənilir.


GÜLNAR





27/02/12    Çap et