Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mehdiabadda yeni internet portu quraşdırılacaq


«Aztelekom» İstehsalat Birliyi Abşeron rayonunun Mehdiabad qəsəbəsi üçün yeni internet portu quraşdıracaq. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə birliyin baş direktor müavini, texniki direktor Mehman Həsənov məlumat verib.

O bildirib ki, hazırda Abşeron Telekommunikasiya Qovşağında Mehdiabad qəsəbəsü üzrə boş portlar artıq tükənib. Lakin bununla əlaqədar işlər görüldüyünü vurğulayan M.Həsənov artıq müqavilələrin imzalandığını önə çəkib: «Qısa müddətdə, yəni təqribən mart ayının 20-nə  qədər yeni avadanlığın alınıb quraşdırılması və istismara verilməsi planlaşdırılıb. Bundan sonra qəsəbə sakinləri «Aztelekom» İB-nin xidmətlərindən istifadə edə biləcəklər.

Eyni zamanda qeyd edim ki, təkcə Mehdiabad qəsəbəsində deyil, həm də Azərbaycan regionlarının bütün yaşayış məntəqələrində də yüksəksürətli genişləndirmə işləri aparılır. İstifadəçilərin, abunəçilərin tələbatına uyğun olaraq avadanlıqların alınması, quraşdırılması, istifadəyə verilməsi, o cümlədən təkcə kəmiyyət deyil, keyfiyyət parametrlərinin də yüksəlməsi «Aztelekom» İstehsalat Birliyinin texniki siyasətinə daxildir».
 
SEYMUR
 
 





27/02/12    Çap et