Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Opera Mobile 12” səyyahı təqdim edildi


“İCTnews” elektron xəbər xidməti “dailycomm.ru” resursuna istinadən xəbər verir ki, mobil rabitəyə həsr edilmiş və öz qapılarını bu gün, fevral ayının 27-si tarixində açmış “Mobile World Congress (MWC) 2012” sərgisində  Norveçin “Opera Software” şirkəti “Opera Mini” seriyasından olan mobil səyyahlarının yeni imkanları haqqında məlumat verib.

Barselonaya gəlmiş “Opera” nümayəndələrinin sözlərinə görə, veb-səyyahların əsas xüsusiyyətləri qabaqcıl sosial imkanlar olacaq.

“MWC 2012”-də, həmçinin “Opera Mobile 12” mobil səyyahı təqdim edilib. Mobil səyyahda “3D” qrafika “WebGL” mühərriki səviyyəsində dəstəklənir,  həmçinin “HTML5” dəstəklənməsi təkmilləşdirilib.
 




EMİL
 
 





27/02/12    Çap et