Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Elcell” simsiz internet xidməti “One Smart Star™” şirkəti ilə əməkdaşlığa başlayıb


 Telekommunikasiya sənayesinin qabaqcıl sistemlərindən olan “One Smart Star™” vasitəsilə “Elcell” zənglər mərkəzi daha da təkmilləşdirilib.

“Elcell” şirkətindən “İCTnews” elektron xəbər xidmətinə verilən məlumata görə,  xidmət bütun telefon operatorlarının nömrələrindən (stasionar və ya mobil) tək və asan yadda saxlanılan *2020 (ulduz işarəsi və dörd rəqəm) nömrəsinə zəng vuraraq “Elcell” simsiz internet xidmətinin zənglər mərkəzi ilə rahat şəkildə əlaqə yaratmağa imkan verir.

 “Elcell” xidmətinin müasir zənglər mərkəzi (call-center) 24 saat ərzində operativ şəkildə Azərbaycan, ingilis və rus dillərində xidmət göstərir və eyni zamanda 60-a qədər müştəri ilə telefon əlaqəsi saxlamağa imkan verir.

Qeyd edək ki, “Elcell” göstərdiyi xidmətin keyfiyyətini yüksəldir və mövcud əhatə dairəsini genişləndirir. Ölkənin Bakı və Bakı ətrafı kəndləri, Xırdalan, Sumqayıt, Gəncə və Şəki şəhərlərini əhatə edən “Elcell” simsiz internet xidməti müxtəlif tarif paketləri ilə müştərilərə internetə genişzolaqlı çıxışı təmin edir. Yaxın gələcəkdə şəbəkənin digər şəhərlərə də genişləndirilməsi nəzərdə tutulur.

CAHANGİR





28/02/12    Çap et