Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bərdənin iki kəndində ATS tikilib


“Aztelekom” İB tərəfindən regionlarda vətəndaşların telefon xidmətinə olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Bərdə Telekommunikasiya Qovşağının rəisi Nazirm Şirinov “İCTnews” elektron xəbər xidmətinə bildirib ki, həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq rayonun Türkmən və Zümürxan kəndlərində elektron ATS-lər quraşdırılaraq, Mehdili və Gülgəzli kəndində yeni ATS binaları tikilib.

Bundan başqa “Aztelekom” İB-nin regionlarda genişzolaqlı internetin inkişaf konsepsiyasına uyğun olaraq kəndlərdə sakinlərin telefon rabitə xidməti ilə yanaşı, bütün multimedia xidmətlərinə çıxışının təmin olunması onların sürətli internet xidmətindən yararlanması üçün  kənd ATS-lərinin genişzolaqlı internetə qoşulmasına başlanılıb.




RƏVAN





29/02/12    Çap et