Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bakıda xüsusi qoxu yayan mobil telefonlar satılacaq


Bakıda  xüsusi qoxu yayan mobil telefonlar satılacaq . Техnоlоgiya telefonun korpusunda aromatizatorlu xüsusi kasetin olmasını nəzərdə tutur. “World Telekom” şirkətindən verilən məlumata görə, qoxu korpusun hissələrindən birinin sürtünməsinin təsiri altında aromatlaşdırılmış lentə yayılmağa başlayır.

Beləliklə, göstərilən üsul yalnız konstruksiyası hərəkət edən elementləri və ya başqa sözlə, açılma mexanizmləri – “raskladuşka” və slayderləri nəzərdə tutan aparatlar üçün yaradılır. Aromatlaşdırılmış monobloklar üçün, görünür, nəsə başqa şey fikirləşmək lazım gələcəkdir.

Qeyd edək ki, yeni mobil telefonlara yaxın vaxtlarda Azərbaycan mobil telefon satışı mağazalarında da rast gəlinəcək.







RƏVAN





02/03/12    Çap et