Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Eurovision.tv” saytında yeni layihə başlayıb


 "Eurovision.tv" saytında "Eurovision" Mahnı Müsabiqəsi Bakı 2012 İşçi Qrupunun "Azərbaycana səyahət" layihəsi start götürüb. "İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu silsilədən yayımlanacaq reportajlarda qədim tarixi olan Azərbaycanın mədəniyyəti, incəsənəti və turizm məkanları tanıdılacaq.

Eləcə də xalqımızın çoxəsrlik adət-ənənələri, milli-mədəni dəyərlərimiz, memarlıq və sənət incilərimiz barəsində videomateriallar yayımlanacaq.  Həmin silsilədən ilk reportaj İçərişəhərdə çəkilib.








CAHANGİR





02/03/12    Çap et