Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Həmyerlilərinin gülüş hədəfinə çevrildiyi üçün “Google”u məhkəməyə verdi


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, Fransanın Men i Luara departamentinin sakini “Google” korporasiyasını məhkəməyə verib.

Buna səbəb onun “Street View” xidməti üçün çəkilən panorama şəklinə “kiçik ehtiyacı”nı ödəyən zaman düşməsi olub. Bu barədə “Röyters” xəbər agentliyi məlumat verib. O bildirib ki, həmin şəklə görə yaşadığı kəndin bütün sakinləri (təxminən 3 min insan) ona gülür. Bununla əlaqədar o, həmin şəkli silməyi və 10 min avro həcmində kompensasiya ödəməyi tələb edib.

Məlumat üçün bildirim ki, “Google Street View” panorama şəkillərini avtomobildə qurulmuş kameralar vasitəsi ilə çəkir. Belə avtomobil bu və ya digər ölkənin yollarında hərəkət edir, sonra çəkilmiş material xəritəyə yerləşdirilir.

EMİL




03/03/12    Çap et