Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Əsrarəngiz Bakı “Youtube”-da (VİDEO)


"Amazing Azerbaijan" layihəsi çərçivəsində ilk dəfə olaraq Bakı haqqında video "Youtube"-da yerləşdirilib.

Layihənin məqsədi dünyadakı bütün internet istifadəçilərinə Azərbaycanın qədim, zəngin mədəniyyətini, adət-ənənələrini həmcinin müasirliyini yaxından tanıtmaqdır.

Süjetdə Bakının rəngarəngliyi və paytaxt sakinlərinin yaşam tərzi əks olunub.

Videoda Bakı ilə Paris, London, Casablanca, Barcelona, Monte Carlo, Şanxay və Las-Vegas kimi dünyanın ən böyük şəhərləri arasında oxşarlıq vurğulanıb.









GÜLNAR




03/03/12    Çap et