Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda “Facebook” istifadəçiləri arasında kişilər üstünlük təşkil edir


"İCTnews" elektron xəbər xidməti xəbər verir ki, socialbakers.com resursunun məlumatına əsasən, Azərbaycanda populyar "Facebook" sosial şəbəkəsi istifadəçilərinin sayı artıq 700 mini (702400) ötüb.

Müqayisə üçün bildirim ki, 2012-ci ilin yanvar ayında sosial şəbəkə istifadəçilərinin sayı 604200-ə bərabər idi. Hazırda Azərbaycan "Facebook" istifadəçilərinin sayı üzrə reytinqində 87-ci mövqedə yer alıb. 2012-ci ilin yanvar ayında isə 91-ci yerdə qərarlaşırdı. Resursun məlumatına əsasən, Azərbaycanda "Facebook" istifadəçilərinin sayı son 6 ay ərzində 211 mindən çox artıb.



Hazırda Azərbaycanda "Facebook" istifadəçilərinin 64 faizi kişi, 36 faizi isə qadındır.




Azərbaycanda "Facebook" istifadəçilərinin yaş kateqoriyaları aşağıdakı kimi paylanıb: 
  1. 13-15 yaş aralığında olan istifadəçilər 8%
  2. 16-17 yaş aralığında olan istifadəçilər 12%
  3. 18-24 yaş aralığında olan istifadəçilər 48%
  4.  25-34 yaş aralığında olan istifadəçilər 22%
  5. 35-44 yaş aralığında olan istifadəçilər 6% 
  6. 45-54 yaş aralığında olan istifadəçilər 2%
  7. 55-64 yaş aralığında olan istifadəçilər 1% təşkil edir.






Hazırlayıb: Hüseynov Emil




05/03/12    Çap et