Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“SuperOnline” əhatə dairəsini genişləndirir


“SuperOnline” internet provayderi Mərdəkan və Maştağa qəsəbələrində genişzolaqlı internet xidmətləri göstərməyə başlayıb.

“İCTnews” elektron xəbər xidmətinin məlumatına görə, internet-provayder mart ayının 1-dən etibarən 454/554 və 455 saylı ATS-lərdə ADSL avadanlığı quraşdıraraq abunəçilərə genişzolaqlı internet xidməti təklif edir.

Qeyd edək ki, indiyədək “SuperOnline”-ın xidmətindən 406, 421/ 422/520, 323, 428/ 429, 430/ 431/530, 432/ 433/ 434, 538/539/510/537, 440/441/449, 452/ 458, 371/372/373/579, 370/374/375/376/570, 477/478, 491, 492, 493/498/598, 596/594/595/597, 499, 502, 437, 550, 561/ 562/563, 564/565, 566/567/514, 568/569/513/560 ATS-lərinin abunəçiləri istifadə etmək imkanına malik idi.

CAHANGİR




05/03/12    Çap et