Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” şəbəkəsi “Windows” üçün stolüstü “Messenger” əlavəsini istifadəyə verəcək


“İCTnews” elektron xəbər xidməti xəbər verir ki, dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” “Windows” əməliyyat sistemi ilə işləyən kompyuterlər üçün “Messenger” ani mesaj xidməti əlavəsini istifadəyə verəcək.

“Windows” əməliyyat sistemi üçün “Facebook Messenger” əlavəsi yaxın həftələr ərzində istifadəyə veriləcək. Əlavə vasitəsi ilə sosial şəbəkə saytına daxil olmadan “Facebook” dostlarla mesajlaşmaq mümkün olacaq.

“Facebook” proqramçılarının sözlərinə görə, əlavə vasitəsilə yalnız sosial şəbəkədəki dostlarla mesajlaşmaq deyil, həmçinin yeni şərhlər və istifadəçilərin digər fəaliyyəti haqqında xəbərdarlıqlar almaq mümkün olacaq.


 
EMİL
 





06/03/12    Çap et