Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Android”ləri ilə rəqabət aparacaq yeni mobil əməliyyat sistemi hazırlanır


Asiya “Alibaba Group“un şəxsi mobil əməliyyat sistemini hazırlayır. Sistemin birinci versiyası bu ilin payızında bazara çıxmalıdır. Yeniliyin “Android” və “iOS” sistemləri ilə rəqabət aparacağı gözlənilir. “Alibaba”nın təklifi ilk növbədə Asiya bazarlarına, məhz Çinə hesablanıb. “Google Android” ilə rəqabət xüsusilə sərt olacaq.
Şirkətdə mənbələr bildirib ki, yeni əməliyyat sisteminin proqram təminatı “bulud” sistemini xatırladacaq, yəni ona giriş yalnız internet vasitəsilə mümkündür. Bugünkü gündə əməliyyat sisteminin dəyəri, ona daxil olan proqramlar dəsti və sistemi dəstəkləyən smartfonlar dəsti haqqında informasiya yoxdur. Ehtimal ki, yeni sistem “Chrome” əməliyyat sisteminə oxşar sxem üzrə pulsuz olacaq, amma bu və ya digər proqramlarla iş üçün, həmçinin məlumatların saxlanılması üçün müəyyən məbləğ ödəmək lazım gələcək.




05/07/11    Çap et