Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Novruz Bayramı günlərində poçt fəaliyyət göstərəcək


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt” MMC-nin bütün mərkəzi poçt şöbələri Novruz Bayramı günlərində vətəndaşlara xidmət göstərəcək. Bu barədə müəssisədən “İCTnews” elektron xəbər xidmətinə məlumat verilib.

Məlumatda bildirilir ki, Novruz Bayramı günlərində vətəndaşların bölgələrə səfərlərini nəzərə almaqla bütün regional poçt şöbələri adi rejimdə işləyəcəklər. Burada rəhbərliyin ümumi koordinasiyası ilə işçilər müəyyən növbəlilik prinsipi əsasında vətəndaşlara xidmət göstərəcəklər. Qeyd edək ki, poçt şöbələrinin iş rejimi adi iş günlərindən fərqli olaraq xüsusi rejimdə olacaq. 





06/03/12    Çap et